Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dəhşətli qəzada vəfat edən şəxs vəzifəli şəxsin oğlu imiş - Video

Fevralın 13-ü axşam saatlarında Balakən rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 34 yaşlı Samir Alqayevin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli əməkdaşının oğlu olduğu məlum olub.

Qasbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan "Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Samir Alqayev ASC-nin Bakıda yerləşən mərkəzi idarəsinin baş məsləhətçisi Nurəddin Alqayevin oğludur.

Bildirilir ki, dəhşətli qəzada vəfat edən S.Alqayev də həmin ASC-nin Zaqatala şöbəsində işləyirmiş və işdən evə qayıdarkən faciəvi şəkildə vəfat edib.

S.Alqayevin 2 azyaşlı övladı qalıb.

Qeyd edək ki, qəzanın baş verdiyi Beşbulaq ərazisində tez-tez ağır yol qəzaları baş verir.

Video report.az-ındır.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Koronavirusla adi qripin fərqi
Son xəbərlər
Bütün xəbərlər »