Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro böhrandan çıxış yolu tapdı

Venesuela prezidenti Nikolas Maduro Vaşinqtonun ölkənin neft sənayesinə tətbiq etdiyi sanksiyalara görə Asiya ölkələrinə neft ixracat həcmini artıracağını bəyan edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Onun sözlərinə görə, Venesuela illərdir ki, öz nefti ilə Asiyaya “yol qurub”. Venesuela lideri xüsusilə Hindistan bazarına böyük ümidlər bəsləyir.

“Bu, bir uğur yoludur, onlar (Asiya ölkələri – red.) ildən-ilə bizdən daha böyük həcm və miqdarda neft alır”, - deyə Maduro vurğulayıb. (oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »