Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin tatamiyə çıxdı - Video

Rusiya prezidenti Vladimir Putin kimono geyinərək “Cənub-idman” Soçi İdman Kompleksində ölkənin cüdo üzrə yığması ilə birlikdə tatamiyə çıxıb.

Rusiya lideri tatamidə isinmə hərəkətlərini idmançılarla birlikdə edib. Bundan əvvəl isə o, boks, cüdo və sərbəst güləş üzrə millinin üzvləri ilə görüşüb.

Qeyd edək ki, Putin 11 il şərq döyüşləri ilə məşğul olub. O, həm də Rusiyanın sambo və cüdo üzrə əməkdar məşqçisidir. Putin Avropa Cüdo Birliyinin fəxri prezidenti adını da alıb. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »