Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkirdə istixanada yanğın baş verib, xəsarət alan var

Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın vətəndaşa məxsus istixananın yardımçı tikilsində baş verib.

İlkin məlumatlara görə, içərisində qazanxana quraşdırılmış tikilinin ümumi sahəsi 100 kvadratmetrə yaxındır və tikilinin içərisində olan qazanxananın qızdırılması üçün nəzərdə tutulan 4 ton yağ, texniki avadanlıqlar tam, tikilinin içərisində olan "QAZel" markalı yük maşını isə qismən yanıb.

Yanğın zamanı 1990-cı il təvəllüdlü Afiq Nəbi Oğlu Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »