Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çox danışırlar, amma fəaliyyət yoxdur" - Ərdoğan

Türkiyə təəssüf edir ki, Avropa İttifaqı (Aİ) suriyalı qaçqınların yerləşdiyi ölkələrə söz verdiyi maddi yardım etmədi.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə olduqca böyük axında miqrant qəbul etdi. Avropa İttifaqı (Aİ) söz verdiyi 6 milyardlıq yardımdan hələ ki, 1,75 milyardını göndərib. Belə olan halda, lazımi məbləğ çatdırılmayıb. Biz isə bu yöndə 35 milyard dollara yaxın vəsait xərcləmişik. Qərbdə və körfəz ölkələrində qaçqınlar haqqında çox danışılır. Lakin konkret fəaliyyətə gəldikdə, hər hansı addım görmürük”, - deyə dövlət başçısı bildirib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »