Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada prezident seçkilərinə 45 gün qalmış reytinqlərə şoumen liderlik edir

Ukraynada keçiriləcək prezident seçkilərinə 45 gün qalmış namizədlərin reytinqində ilk üçlükdə şoumen Vladimir Zelenskiy, hazırkı Prezident Petro Poroşenko və sabiq baş nazir, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko qərarlaşıb.

Bu reytinqin nəticəsi Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun yanvarın 31-i-fevralın 10-da apardığı sorğuda məlum olub.

Vladimir Zelenskiy

Sorğuda iştirak edənlərin 26,9 faizi Zelenskiyə, 17,7 faizi Poroşenkoya, 15,8 faizi isə Timoşenkoya səs veriblər. Respondentlərin təxminən yarısı seçkilərdə hansı namizədin qalib gələcəyini söyləyə bilməyib.

Petro Poroşenko

Qeyd edək ki, Ukraynada prezident seçkilərində 44 namizəd iştirak edəcək. Səsvermə martın 31-də keçiriləcək. (Azertag.az)

Son xəbərlər
Bütün xəbərlər »