Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maduronu bir günə devirmək planı iflasa uğradı” - “The Wall Street Journal”

İndi Quaydonu dəstəkləyənlər özləri ciddi şübhə içərisindədirlər

“ABŞ-ın Nikolas Maduroya təzyiqlərindən və hərbçilərlə danışıqlarından sonra sonuncunun dərhal gedəcəyini güman edən Venesuela müxalifəti və onun bir çox tərəfdarının gözləntiləri boşa çıxdı”.

ABŞ-ın “The Wall Street Journal” qəzetinin məqaləsi bu cümlə ilə başlayır.

Yazıda Venesuela müxalifətinin lideri Xuan Quaydonun 3 həftədən çox bir müddətdə özünü ölkə prezidenti elan etməsinə rəğmən Nikola Maduronun hələ də dövlət içində nəzarəti əldə saxladığı, bu səbəbdən həm Vaşinqtonda, həm də yerli müxalifətin içində həmin planın doğru olduğu ilə bağlı ciddi şübhələrin yarandığı qeyd olunub.

ABŞ-ın keçmiş yüksək vəzifəli şəxsinin qəzetə dediyinə görə, Ağ Evdə Maduronun hakimiyyətdən gedəcəyini “24 saatlıq əməliyyat” sanırmışlar. O, bildirib ki, həmin planın arxasında duranlar X.Quaydonun Cənubi Amerika ölkələri tərəfindən dəstəklənməsindən sonra yerli hərbçilərin dərhal müxalifətçinin tərəfinə keçəcəyini, Maduronun isə ölkədən qaçacağını güman edirmişlər.

“Ümumi sorğular onu göstərir ki, Nikolas Maduro venesuelalılar içində nüfuzu azdır, bu səbbədən o əhalinin daim etirazları ilə üzləşməyə davam edəcək. Lakin o, hakimiyyətdə qaldığı müddətdə vəziyyəti “uzun müddətli dalana” dirəməklə bərabər, bölgəsəl konfrontasiya riskini də artırır”, - deyə yazının sonunda qeyd olunub. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »