Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-la Meksika arasında divarı narkobaronun pulları ilə tikmək istəyirlər

ABŞ-da respublikaçı-senator Ted Kruz hesab edir ki, Meksika ilə sərhəddə tikilməsi planlaşdırılan divar meksikalı narkobaron Xaokin Qusmandan müsadirə olunan vəsait hesabına inşa olunmalıdır. Senator bu haqda özünün “Twitter” səhifəsində yazıb. Adıçəkilən narkobaron həm də El Çapo kimi tanınır.

Bizimyol.info xəbər verir ki, fevralın 12-də Qusmana qarşı Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham irəli sürülüb. Həmin ittihamlarla onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Prokurorlar həmçinin onun narkotiklərin qeyri-qanuni dövriyyəsindən əldə etdiyi əmlakının müsadirəsi tələbilə çıxış etmək niyyətindədilər. Onun əmlakının təxminən 14 milyard dollar dəyərində olduğu bildirilir.

Senator Kruz hesab edir ki, bu pullar ABŞ-ın cənub sərhədlərinin gücləndirilməsinə, divarların inşa olunmasına yönəldilməlidir. Senator digər həmkarlarını da El Çapo və silahdaşlarının qanunsuz yollarla ələ etdiyi vəsaitlərin xərclənməsilə bağlı qanun layihəsinin qəbuluna çağırıb.

Kruz birinci dəfə belə bir qanun layihəsini 2017-ci ildə müzakirəyə çıxarmışdı. Yanvarda o, sənədi yenidən həmkarlarına təqdim edib. Bu, Konqresin hər iki palatasında sərhədlərin təhlükəsizliyinə xərclənən vəsaitlərlə bağlı müzakirələr fonunda baş verib.

Meksika ilə sərhəddə divar tikintisi və onun maliyyələşməsilə bağlı prezident Donald Trampla senatorlar arasında kəskin fikir ayrılığı Amerikada rekord müddətdə şatdauna (ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması) səbəb olmuşdu. 2018-ci il dekabrın 22-dən başlayan şatdaun 35 gün davam etdi. Yanvarın sonunda Tramp Konqresin qəbul etdiyi müvəqqəti büdcəni təsdiqlədi. Bu da fevralın 15-nə qədər nəzərdə tutulub. Yəni sabaha qədər artıq dövlət müəssisələrinin maliyyələşməsi və Meksika sərhədində divarın inşası məsələsi həll olunmalıdır.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »