Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diplomatın meyiti Rusiya XİN binasının tualetində tapıldı

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Smolensk meydanındakı binasında əməkdaşlardan birinin cəsədi tapılıb.

Oleq Krivtsov adlı işçinin cəsədi binanın 19-cu mərtəbəsinin tualetində xadimə tərəfindən tapılıb. Krivtsovun ürəktutmasından öldüyü ehtimal edilir.

Qeyd edək ki, 68 yaşlı Oleq Krivtsov nazirliyin silahların yayılmasının qarşısının alınması və nəzarət edilməsi departamentinin baş məsləhətçisi kimi işləyib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »