Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 yaşlı şagird Sevgililər Günündə 68 qıza qızılgül aldı - Fotolar

Böyük Britaniyada orta məktəb şagirdi bir il pul yığıb həm birlikdə oxuduğu, həm də paralel siniflərdəki qızları Sevgililər Günü münasibətilə təbrik edib. 8 yaşlı şagird düz 68 qıza qızılgül alıb.

Bizimyol.info “The Mirror” qəzetinə istinadən xəbər verir ki, Laut şəhərində yaşayan Kallum Dryu bu qədər qızı sevindirmək qərarına gəlib. O, bunun üçün bir il müxtəlif işlərlə məşğul olub. Keçən il nənəsi öləndən sonra Kallum maşın yumağa başlayıb və beləcə pul toplayıb.

Foto: Lincolnshire Live/BPM MEDIA

Dryunun yaşı az olsa da, artıq sevgilisi var. Kallumun bəxti onda gətirib ki, sevgilisi bu addıma görə qısqanclıq etmir. Dryu davranışını belə izah edir ki, qoy heç kim özünü tənha etməsin, hamı sevinsin. Doğrudan da, onun addımı qızlara sevinc bəxş edib.

Foto: Lincolnshire Live/BPM MEDIA

Kallumun anası da oğlu ilə fəxr etdiyini deyir. Dryu dörd ildir belə davranırmış. Keçən il sinif yoldaşlarını sevindirən oğlan bu dəfə paralel siniflərdə oxuyan qızları da unutmayıb.

Son xəbərlər
Bütün xəbərlər »