Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD-ə qoşulub iki oğlunu itirdi, indi vətənə qayıtmaq istəyir

Böyük Britaniya vətəndaşı Şamima Begum 2015-ci ildə Suriyaya gedəndə başına bu qədər faicələr gələcəyini təsəvvür etmirdi. İŞİD-ə qoşulan qadın bu illər ərzində iki oğlunu itirib.

Bizimyol.info xəbər verir ki, Şamima Suriyaya yola düşəndə cəmi 15 yaşı vardı. Qadın onda islam dövlətinə tək yollanmamışdı. Şamima ilə birlikdə Xədicə Sultan və Əmirə Abase də İŞİD sıralarına qoşulmuşdu.

Maraqlıdır ki, qızlar məktəbdə çox yaxşı oxuyurmuş. Hər üçü əlaçı imiş. Amma təbliğat onları yoldan çıxarıb. Qızlar valideynlərini aldadaraq, gizlicə Suriyaya uçub.

Şamima İŞİD sıralarında Yaqo adlı holland döyüşçüyə ərə gedib. Onunla nikahdan iki oğul dünyaya gəlib, amma hər ikisini itirib. Xəstəliklər, üstəlik, Rakkada lazımi tibbi ləvazimatların olmaması üzündən uşaqları tələf olub.

Şamima üçüncü uşağa da hamilədir. Amma o daha Suriyada qalmaq istəmir. Şamima Böyük Britaniyaya qayıtmağı arzulayır. Bunun üçün doğma ölkəsinə müraciət edib: “Qorxuram ki, burada üçüncü uşağı da itirəcəyəm”.

Bunun alınacağı mümkündür, amma Şamima böyük ehtimalla məsuliyyətdən qaça bilməyəcək. Çünki 19 yaşlı qadın islam dövlətinin sıralarına qoşulmasına görə peşman deyil.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »