Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olublar.

Məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyac olduğunu bildirib. 1965-ci ildən istismarda olan məktəbdə tədris Azərbaycan və rus bölmələrində aparılır. 39 sinifdən 28-i Azərbaycan, 11-i isə rus bölməsinə aiddir. 640 yerlik məktəbdə hazırda 795 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 61 məzun bitirib və onlardan 20-si Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verilib ki, əsaslı təmir işlərindən sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək və məktəb birnövbəli iş rejiminə keçəcək.

Birinci vitse-prezident məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verib. (Report.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »