Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sarı jiletlilər”in aksiyalarında 7500 nəfər həbs edilib

Fransanın bütün şəhər və əyalətlərini bürüyən, hökumətin vergi-iqtisadi siyasətinə və prezident Emmanuel Makronun hakimiyyətinə qarşı yönələn “sarı jiletlilər” etiraz aksiyaları zamanı indiyədək ümumilikdə 8400 nəfər saxlanılıb.

Bunu jurnalistlərə açıqlamasında Fransanın daxili işlər naziri Kristof Kastaner deyib.

O bildirib ki, saxlanılan Fransa vətəndaşlarından 7500-ü həbs edilərək polis nəzarəti altında tutulur.

“Hökumət məhkəmənin qanunu pozmaqda günahkar bildiyi, yaxud sonradan biləcəyi “sarı jiletlilər”lə bağlı amnistiya elan etmək niyyətində deyil. Mənim mesajım budur: istənilən aqressiya təqib olunacaq və cəzalandırılacaq. Artıq məhkəmə mitinqlərdə saxlanılan 1800 nümayişçi barəsində hökm çıxarıb, daha 1500 nəfərin işinə isə baxılır”, - deyə Kristof Kastaner bəyan edib.

Fransa daxili işlər naziri onu da vurğulayıb ki, “sarı jiletlilər”in etirazları zamanı hüquq-mühafizə orqanlarının 1300 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, “sarı jiletlilər” hərəkatının ilk etiraz aksiyası ötən ilin 17 noyabrında başlayıb. 9 feralda isə onların sayca 13-cü aksiyası keçirilib. (Virtualaz.org)

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »