Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ Türkiyəyə güclü təzyiq göstərir” - Ərdoğan

“Vaşinqton Rusiyanın S-400 zenit-raket kompleksini aldığı üçün Türkiyəyə güclü təzyiq göstərir”.

Bunu Rusiya prezidenti Vladimir Putinlə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hamıya məlumdur ki, Amerika rəhbərliyi bu məsələ ilə bağlı bizə güclü təzyiq edir”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın 13-də NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, alyans Türkiyəyə Rusiyanın S-400 kompleksini almaq əvəzinə alternativlər təklif edir.

Xatırladaq ki, Moskva və Ankara S-400 raket kompleksinin Türkiyəyə satılması ilə bağlı 2017-ci ilin sentyabrında saziş imzalayıb. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »