Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ağ ayılar qidaya görə evlərə hücum edir

“Ağ ayılar getdikcə daha çox insanlara yaxınlaşmağa başlayır. Ekspertlər bunu iqlim dəyişiklliyində görür. Çünki bu dəyişiklik heyvanların yaşayış mühitini dağıdır”, - İsveçrənin “Tages-Anzeiger” qəzeti yazır.

İddia olunur ki, ağ ayılar sahibsiz itlər kimi, qəsəbədə gəzir. Binalardan birinin blokunda uşaq arabasının yanında gördükləri ağ ayı sakinləri şoka salıb. Başqa bir ərazidə isə ağ ayının maşının ətrafında dolandığını, sürücünün siqnal verməklə və maşının gur işıqlarını yandırmaqla onu qovmağa çalışdığını görüb, videoya çəkiblər.

Bizimyol.info xəbər verir ki, bütün bunlar Rusiyanın Yeni Yer arxipelaqındakı qəsəbələrdən birində baş verib. Ağ ayıların hücumlarının öhdəsindən gəlmək üçün orada fövqəladə vəziyyət elan olunub.

İqlim dəyişikliyilə əlaqədar buzlar kəskin əriyib. Bu halda, ağ ayılar ov üçün özlərinin təbii ərazilərini də itirmiş olurlar. Onlar adətən buzun üstündə suiti ovlayırlar. Bu, onların əsas qidasıdır. Bu baxımdan, xüsusən qışda ayılar buz örtüyündən çox asılıdılar.

Qida tapmayan ayıların qəsəbəyə üz tutmasının başqa bir səbəbi isə oradakı zibilliklərdir. Çünki bu, ayılar üçün daha asan qida mənbəyidir. Yeni Yer arxipelaqında çox böyük zibil qalaqları olur.

Ancaq ağ ayıları qəsəbədən necə qovmaq məsələsi hələ də açıq qalır. Rusiyada da heyvan haqları ciddi şəkildə müdafiə olunur, bu baxımdan, onların güllələnməsindən söhbət gedə bilməz. Həm də WWF heyvanları müdafiə təşkilatının eksperti Zibille Klentsendorf hesab edir ki, güllələnmə yetərincə effektli də olmayacaq: “Çünki bunlar güllələnsə, sonra başqa ayılar gələcək. Bu, çıxış yolu deyil”.

Ekspert səs-küy vasitəsilə ayıların qovulması variantına da skeptik yanaşır: “Bu, qapı arxasında dayanmış bir ayıya münasibətdə nəticə verə bilər. Əgər eyni vaxtda çoxlu sayda heyvan gəlsə, onlarla bacarmaq mümkün olmayacaq. Pis odur ki, onlar artıq qəsəbəyə qida mənbəyi kimi yanaşırlar”.

Ekspert çıxış yolunu zibil qalaqlarını yandırmaqda, zibilləri qəsəbədən kənara daşımaqda görür: “Heyvanlar başa düşməlidir ki, kənddə gəzməyin mənası yoxdur. Ümumilikdə isə ayıların bu cür “səfərlərinin” qarşısını ancaq iqlim dəyişikliyi prosesinin dayanması ala bilər”.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »