Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə hadisələrindən yazan daha bir sayt rəhbərinin məhkəməsi başladı
"Ötən ilin iyulunda evdə yoldaşımla oturmuşdum. Teref.info saytında Azərbaycanda işıqların sönməsi və Gəncə hadisələri ilə bağlı yalan məlumatlar oxudum. Buna görə öz iradımı bildirdim. Səhər yoldaşımla şəhər prokurorluğuna gedib, şikayət ərizəsi verdik. Mən anamı-atamı itirmiş, yetim adamam. Bu dövlət mənə baxıb, kimsəsizlər evində böyümüşəm. İstəmirəm ki, kimsə dövlətin əleyhinə informasiya yaysın".

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Xoca) cinayət işi üzrə məhkəmədə şahid şahid qismində ifadə verən Ülfan Dadaşov belə deyib.

İttihama görə, N.Xoca Bakıda ötən il Mingəçevir Elektrik Stansiyasında baş vernən partlayış və həmin vaxt Gəncədə icra başçısının güllələnməsi barədə yazılar dərc edib. Ona vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, saytda dövlət əleyhinə açıq çağırışlar etmə əməlləri üzrə ittiham verilib.

İttihama münasibətində N.İsmayılov özünü təqsirli bilmədiyini, rəhbəri olduğu saytda yayımlanan informasiyaların heç birində dövlətə qarşı çağırış olmadığını deyib. O vurğulayıb ki, Gəncə hadisələri və Mingəçevir Elektrik Stansiyasında baş vernən partlayışla bağlı məlumatların böyük əksəriyyəti başqa saytdan götürülüb və istinadla dərc edilib deyə məsuliyyət daşımır.

Prosesdə şahid ifadəsi dinlənildikdən sonra vəkil Elçin Sadıqov Ü.Dadaşova suallar verib.

“Məhkəmədə "şahidin andı"nı oxuya bilmədiyin halda, saytdakı məlumatı necə oxudun” sualına cavab olaraq şahid bildirib ki, saytdakı xəbərləri həyat yoldaşının köməkliyi ilə oxuduyub.

"Yayılan informasiyadan hansı sarsıntını keçirdiniz? Oxuduğunuz xəbərlərdən yadınızda qalan söz birləşməsini deyə bilərsinizmi?" - suallarına isə şahid Ü. Dadaşov "xatırlamıram" - deyə cavab verib.

Ü.Dadaşovun həyat yoldaşı Rəhilə Məmmədova da şahid qismində dindirilib və oxşar məzmunlu ifadə verib. O bildirib ki, bu cür həqiqətə uyğun olmayan informasiyaların yayılmasının qarşısını almaq üçün saytın bağlanmasını istəiyir. Şahid prokurorluqda şikayət ərizəsi yazarkən heç bir təzyiqə məruz qalmadığını, könüllü olaraq ərizə yazdığını bildirib.

Vəkilin "işıqların sönməsi həqiqət idisə, bəs nə üçün şikayət yazdınız?" sualını isə R.Məmmədova cavabsız buraxıb.

Proses fevralın 18-də davam etdiririləcək.

Qeyd edək ki, Nurəddin Xoca Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri olub.

Xatırladaq ki, eyni ittihamlarla bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli və criminalaz.com saytının rəhbəri Anar Məmmədovun cinayət işinə də hazırda eyni məhkəmədə baxılır.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »