Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Burnunu deşdi, ömürlük əlil arabasına məhkum oldu

Braziliya sakini olan Layane Diasın burnuna taxdığı pirsinq onu əlil arabasına məhkum edib. Pirsinqin yaratdığı fəsad üzündən 20 yaşlı qız gəzmək qabiliyyətini itirib.

Bizimyol.info xəbər verir ki, hadisə 2018-ci ilin iyulunda baş verib. Layane Diasın burnunun pirsinq taxdığı hissəsi şişib, ardınca qanaxma başlayıb. Amma qız buna əhəmiyyət verməyib. Daha sonra onun temperaturu qalxıb, yatanda isə güclü ağrı hiss edib, bütün bədəni süstləşib. Bundan sonra qız həkimə müraciət edib.

Diasın qanında qızılı stofilakokk mikrobu aşkarlanıb. Həkimlər bildirib ki, bu mikrob qana pirsinqdən keçib.

Getdikcə qızın durumu daha da ağırlaşıb, onu paytaxtdakı xəstəxanaya köçürüblər. Orada tomoqrafiya zamanı Diasın onurğasında 500 millilitrlik irin aşkarlanıb. İrin sümüyü yeyib, bu da onurğa sütununun zədələnməsinə gətirib çıxarıb.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün Layane Dias əməliyyat edilib. İki ay xəstəxanada yatandan sonra evə buraxılan Dias hərəkət qabiliyyətini itirib. Həkimlər onun bundan sonra yeriyə biləcəyinə də söz vermirlər. Deyirlər ki, onun bundan sonrakı ömrünü əlil arabasında keçirəcəyi istisna olunmur.

Bir neçə il əvvəl amerikalı model Loren Vasser də orqanizminə düşən stofilokokk mikrobu üzündən hər iki ayağını itirmişdi. İddia olunurdu ki, mikrob bədənə qadın bezi vasitəsilə düşüb.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »