Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın tanışını qonaq çağırdı, ardınca “əri” gəlib pul istədi
Bakıda şantaj və hədə-qorxu ilə puol tələb edən dəstə üzvlərinin məhkəməsi başladı

Bakı sakini Vüsal Məmmədovu (ad şərtidir) tanış olduğu bir qadın M.Qaşqay küçəsindəki evə qonaq çağırıb.

Sonradan həmin evə gələn digər naməlum şəxslər gəlib. Onlar özlərini həmin qadının əri və qohumları kimi təqdim edib, Vüsalı hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

Şantaja və hədə-qorxuya məruz qalan Vüsal Məmmədov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edib.

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan Həmid Alməmmədov, Aydın Qurbanov, Mais Mirzəyev və Fərid saxlanılaraq məsuiliyyətə cəlb ediliblər.

Bizimyol.info xəbər verir ki fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərin cinayət işi üzrə proses keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Fevralın 27-də davam edəcək prosesdə təqsirləndirilən şəxslər ifadə verəcəklər.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »