Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şirkət rəhbərinə 8 il həbs cəzası – Mənzil dələduzluğu
Eyni mənzilləri müxtəlif şəxslərə satan şirkət rəhbərinə hökm oxundu

Bir mənzili müxtəlif şəxslərə satmaqla dələduzluq edən iş adamına hökm oxunub. Bizimyol.info xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Nursu Əmlak” şirkətinin rəhbəri Cavid Umudlu 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o dələduzluqda təqsirli bilinib.

İttihama görə, Cavid Umudlu Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib və onlara ümumilikdə 400 min manatdan çox ziyan vurub.

Belə ki, “Nursu Əmlak” ofisində şirkətin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alan vətəndaşlar sonradan biliblər ki, həmin mənzillər daha bir neçə adama satılıb.

C.Umudlunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »