Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Rusiyanı çökdürmək layihəsi müzakirəyə çıxarıldı, dərhal rubl ucuzlaşdı

Amerikada həm Demokratlar, həm də Respublikaçılar partiyasından olan bir qrup senator Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıb. Səbəb isə Rusiyanın başqa ölkələrdə demokratikləşmənin qarşısını almağa yönəlik addımları, Ukraynaya qarşı işğalçı siyasətidir. Bu barədə “Reuters” agentliyi Nyu-Cersi ştatından olan senator Robert Menendesə istinadən məlumat yayıb. Vaşinqtonda Rusiyanın əsasən bank və enerji sektoruna, həmçinin xüsusi xidmət orqanlarının əməkdaşlarına zərbə vurmağı planlaşdırırlar.

Bizimyol.info xəbər verir ki, əgər Konqress qanun layihəsinə “hə” desə, ardınca da prezident Tramp təsdiqləsə, sənəddə Rusiyanın dövlət borclarıyla bağlı da məhdudlaşdırıcı tədbirlər də yer alacaq.

Layihədə Rusiyanın enerji sahəsindəki dövlət şirkətlərilə müqavilələr, təbii qaz layihələrinə investisiyalara qarşı sanksiyalar da nəzərdəı tutulub. Bundan başqa, Rusiyanın kibernetika sektoru, bankları da hədəfdədir. Amerikalı senatorlar Rusiyanın bəzi banklarının xarici ölkələrdəki seçkilərə qanunsuz müdaxilələrdə iştirakından şübhələnir.

Prezident Vladimir Putinin maraqlarına uyğun olaraq, cinayət əməllərinə, korrupsiyaya birbaşa və ya dolayısıyla aidiyyəti olan fiziki şəxslərə də sanksiyaların tətbiqi planlaşdırılır.

Vladimir Putin

Senatorlar deyirlər ki, Rusiyaya qarşı sanksiyaların səbəblərindən biri Kerç boğazındakı qalmaqaldır. Ötən ilin sonunda Rusiya Ukrayna gəmilərinə hücum edərək, onlardan üçünü ələ keçirmişdi. Sanksiya hədəfləri arasında Rusiya Təhlükəsizlik Xidmətinin 24 əməkdaşı da var. Onların Kerç boğazındakı insidentə bağlılığı ehtimal olunur.

ABŞ Konqresinin yuxarı palatasında müzakirəyə çıxarılacaq qanun layihəsinin əsas müəllifləri demokrat-senator Robert Menendes və respublikaçı-senator Lindsi Qremdi. Onlar ötən il də analoji layihə hazırlamışdılar, amma həmin vaxt Senatdan dəstək ala bilmədilər. Budəfəki layihənin əvvəlkilə müqayisədə daha gücləndirilmiş versiyada hazırlandığı bildirilir.

Menendes hesab edir ki, Rusiya Suriyada prezident Bəşər Əsədə dəstək verməklə, yaranan humanitar böhrana görə də məsuliyyət daşımalıdır.

“Görünən budur ki, əgər Rusiya güclü müqavimətlə qarşılaşmasa, bu cür addımlarını davam etdirəcək”, - senator vurğulayıb.

Senator Qrem hazırlanmış sanksiyaları Rusiya üçün “cəhənnəm” adlandırıb.

Rusiyanın enerji sektoruna zərbənin çox ciddi nəticələri ola bilər. Çünki ölkənin dövlət büdcəsinin 40 faizi bu sektorun payına düşür. Amma BP, “Shell”, “Exxon”, “Chevron” kimi böyük beynəlxalq enerji şirkətləri də sanksiyaların əleyhinə çıxa bilər. Məsələn, BP “Rosneft”in səhmlərinin təxminən 20 faizinə sahibdir.

Sanksiyalarla bağlı məlumat yayılandan dərhal sonra - fevralın 13-də axşamdan etibarən Rusiya rublu dollara nisbətdə kəskin şəkildə ucuzlaşmağa başlayıb. Eyni zamanda, avronun da qiyməti artıb.

“Rublun zəifləməsi bazarın mümkün sanksiyalarla bağlı xəbərə reaksiyasıdır”, - “Metallinvestbank”ın valyuta və pul bazarında əməliyyatlar direktoru Sergey Romançuk bildirib.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »