Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda azərbaycanlı mer istefa verdi
Gürcüstanın Marneuli şəhərinin “Gürcüstan arzusu” hakim partiyasından olan əslən azərbaycanlı meri Temur Abazov istefa verib.

“Kafkazskiy uzel” saytının məlumatına görə, 10 iyun 2018-ci ildə iki yeniyetmənin qətlinə etiraz olaraq Tbilisidə keçirilən kütləvi etiraz aksiyasında nümayişçilərdən biri T.Abazovun həyat yoldaşını təhqir etmişdi.

Buna biganə qalmayan mer digər şübhəlilərlə birlikdə həmin şəxsə bədən xəsarətləri yetirib və onu təhqir edib. İnsidentdən sonra T.Abazov aksiya iştirakçısını alçaltma ittihamı ilə polis tərəfindən saxlanılmışdı.

“Məhkəmə prosesləri, yəqin ki, bir neçə ay davam edəcək. Mən məhkəmə işində təqsirləndirilən şəxs ola-ola mer postunu tutmaq istəmirəm”, - deyə Abazov bildirib.

T.Abazovun vəkilləri fevralın 13-də Marneulinin sakrebulosuna (nümayəndəlik orqanı – red.) onun istefa ərizəsini təqdim edib.

T.Abazov ərizəyə yaxın günlərdə baxılacağına və hakimin işlə bağlı obyektiv qərar çıxaracağına ümid etdiyini bildirib.

Xatırladaq ki, 2018-ci ilin dekabr ayında T.Abazov 10 min lari (6,5 min manat -red) girov müqabilində şərti azad edilib. Məhkəmədə təqsirli olduğu sübuta yetirilsə, onu beş ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Marneulidə növbədənkənar mer seçkiləri may ayında keçiriləcək.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »