Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev E.M.Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.

O, Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olub.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azrbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse -prezidentidir.

Son xəbərlər
Bütün xəbərlər »