Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hökumət sosial şəbəkədə təhqirlərin aradan qaldırılması üçün addımlar atmaq istəyir”

“Hökumət sosial medianın məhdudlaşdırılmasına yönəlik addımlar atmaq niyyətində deyil”.

Bu barədə bizimyol.info-ya bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O, deyib ki, dünən Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə sosial şəbəkələrin bağlanması məsələsi müzakirə olunmayıb.

“Amma Baş nazir müavini Əli Əhmədov yekun çıxışında bildirdi ki, mənfi tendensiyalara qarşı mübarizə sahəsində digər texniki vasitələr də var və onlardan da istifadə məsələsinə baxıla bilər. Mən bu fikrini anlamadım, bu məsələ ilə bağlı açıqlama verilməlidir. Bir məsələ aydındır ki, hökumət sosial şəbəkədə təhqirlərin aradan qaldırılması üçün addımlar atmaq istəyir. Bununla bağlı qanunvericilikdə müəyyən maddələr var”,-deyə O.Gündüz bildirib.

Ekspert sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün "Facebook", "YouTube" və digər beynəlxalq sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi zəruri olduğunu qeyd edib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »