Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramil Usubovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb. Sənədə əsasən, Zərdab rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl nazirin əmri ilə, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad olunaraq Yevlax rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov isə Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »