Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təmir işləri ilə əlaqədar Bakı Zooloji Parkında heyvanlar ac saxlanılır? - Açıqlama
Fevral ayının 2-sindən etibarən Bakı Zooloji Parkında təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb. Heyvanat parkının yaydığı rəsmi məlumatda isə bildirilir ki, tikinti işləri ilə əlaqədar olaraq heyvanlar xüsusi volyerlərə köçürüləcək. Lakin əməkdaşımızın hazırladığı videoreportajdan da aydın olub ki, heyvanlar xüsusi volyerlərə köçürülməyib və təmir işləri heyvanlar qəfəslərdə olarkən aparılır.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Bakı Zooloji Parkının şöbə müdiri Nisə Cəfərova ilk öncə belə bir şeyin olmadığını bildirib:

"Xeyr, elə bir şey yoxdur. Bu məlumatı sizə kim verib?".

Daha sonra isə fikirlərinə düzəliş edən şöbə müdiri bildirib ki, heyvanların volyerlərə köçürülməsi ardıcıllığı ilə rekonstruksiya işləri aparılır:

"O baxır hansı heyvana, biz heyvanı köçürtməmiş onun yuvasını dağıtmarıq. Təmir işi, söküntü işi haradan başlayırsa oradan heyvanlar köçürülür və digər heyvanlara təsir göstərmir. Heyvanların köçürülməsi ardıcıllığı ilə rekonstruksiya işləri aparılır".

Eyni zamanda Nisə Cəfərova heyvanların bəslənməməsi və ac saxlanılması məsələsinə də aydınlıq gətirib və bildirib ki, heyvanlar vaxtı-vaxtında əvvəlki qaydada bəslənilir:

"Heyvanlar ac qalsalar ölərlər, hər gün əvvəlki qaydada heyvanlar bəslənilir, altı təmizlənir. İnsanlar ora gəlsələr də, gəlməsələr də bizim üçün heç nə dəyişmir, biz heyvanlara hər gün xidmətimizi göstəririk".

Əməkdaşımız Rövşən Əsədovun heyvanat parkından hazırladığı videoreportajı oxucularımıza təqdim edirik:

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »