Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Google” və “Apple”a səudiyyəli qadınlarla bağlı çağırış

ABŞ-da Demokratlar partiyasından olan senator Ron Uayden “Google” və “Apple” şirkətlərinə Səudiyyə Ərəbistanı ilə bağlı çağırış edib. Senator Səudiyyə Ərəbistanında kişilərin qadınların həyatını idarə etmələrinə imkan verən telefon proqramının tətbiqinin dayandırılmasını istəyib.

Bizimyol.info xəbər verir ki, senator Ron Uayden hər iki şirkətin rəhbərliyinə məktub göndərərək, həmin proqramın telefonlara yüklənməsinin qarşısının alınmasını tələb edib.

“Google Play” və “Apple Store”dan yüklənilərək istifadə edilən “Absher” adlı proqram Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinə bağlı ümumi xidmət orqanları və elektron dövlət səhifəsindəki oxşar xidmətləri əhatə edir.

Səudiyyə Ərəbistanının vətəndaşları bu portal vasitəsilə pasport üçün müraciət edə, doğum haqqında şəhadətnamə ala və avtomobili qeydiyyatdan keçirə bilir.

Ancaq insan haqları müdafiəçiləri hesab edir ki, bu proqram Səudiyyə Ərəbistanındakı qadınların kişilərin nəzarəti altında və onların icazəsilə səyahət etməsinə şərait yaradır.

“Cbs.com”un yaydığı məlumata görə, “Absher” proqramı vasitəsilə kişilər qadın qohumlarının ölkədən çıxıb-çıxmaması məsələsində məhdudiyyət tətbiq edə bilir. Bundan əlavə, kişilərin qadınların səyahət tarixlərini və yerlərini məhdudlaşdırmaq imkanı da yaranır.

Bir müddət öncə 18 yaşlı səudiyyəli qız Rahaf Məhəmməd əl-Qunun ailəsindən qaçandan sonra ölkəsinə geri dönəcəyi halda, həyatının təhlükə altında olduğunu bildirmiş və bu əsasla Kanadadan sığınacaq istəmişdi.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »