Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət qəzetdə elan verib cəllad axtarır

Şri-Lankada hökumət cəllad toplamaq üçün elan verib. Ölkənin prezidenti bəyan edib ki, Şri-Lankada ölüm hökmünün icrasına qoyulan moratorium artıq başa çatıb.

Bizimyol.info CNN-ə istinadən xəbər verir ki, cəlladlıq etmək istəyənlər üçün bağlı elan qəzetdə dərc olunub. Şri-Lankadakı həbsxanaların komissarının adından yayılan elanda bildirilir ki, 18 yaşdan 45 yaşa qədər olan kişilər müraciət edə bilər. Başqa şərtlər də var, yaxşı intellektə, mənəvi gücə də malik olmalıdır.

Cənubi Asiya ölkəsi olan Şri-Lankada ölüm hökmünün icrası 1976-cı ildən dayandırılmışdı. Ölkənin qanunlarında yenə də əvvəlki kimi, qəsdən adam öldürmə, zorlama, narkotik cinayətlərinə görə ölüm cəzası nəzərdə tutulub. Amma ötən müddətdə həmin hökmlər ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunurdu. İndi Şri-Lankada növbəti iki ayda ölüm cəzası narkotik cinayətlərinə görə məhkum edilən şəxslər üzərində bərpa olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »