Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda terror aktı: Hərbçiləri aparan avtobus partladıldı, 25 ölü...

Fevralın 13-də İranın cənub-şərqində İslam İnqilabı Keşikçiləri Korpusunun hərçilərini aparan avtobus partlayıb.

Bizimyol.info xəbər verir ki, partlayış nəticəsində 20 hərbçi həyatını itirib. Bir o qədər də yaralının olduğu bildirilir.

Hadisənin səbəblərilə bağlı hələlik dəqiq məlumat olmasa da, partlayışın avtobusda olanlardan biri – terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal olunur. Hələ ki, heç bir terror qruplaşması bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Ötən ilin sentyabrında da İranda terror aktı baş vermişdi. Ahvaz şəhərində dörd nəfər həmin vaxt oradan keçən hərbi paradı atəşə tutmuşdu. Hadisə nəticəsində 25 nəfər ölmüş, daha 70 nəfər isə xəsarət almışdı. O zaman bu olaya görə məsuliyyəti üzərinə İŞİD götürmüşdü.

İranın prezidenti Həsən Ruhani isə bu ölkədə baş verən terror aktlarına görə ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinin məsuliyyət daşıdığını iddia edirdi. Onun sözlərinə görə, bu, ilk növbədə İraq, Yəmən, Livan və Suriyada müxalifəti dəstəkləyən Səudiyyə Ərəbistanına aiddir.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »