Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada iti çox hürən vətəndaşlar üçün cəza müəyyən edildi

Fransanın şimalında yerləşən Fekyer şəhərçiyinin meri yerli itlərin möhkəm hürməsini qadağan edib. Bu qadağanı pozan itlərin sahibləri 68 avro cərimələnə bilər. Yeni qayda fevralın 11-dən qüvvəyə minib.

Mer Jan-Pyer Estyen iddia edir ki, bu qadağanın tətbiqi zəruri idi. Çünki elə itlər var, bütün sutka boyu hürur, ətrafdakıların rahatlığını pozur. Onun rəhbərlik etdiyi şəhərcikdə təxminən 1400 nəfər yaşayır.

Bizimyol.info xəbər verir ki, bir müddət əvvəl yerli sakinlər petisiya imzalayaraq, merə müraciət etmişdilər. Onlar evində bir neçə it saxlayan sakinlər bağlı tədbir görülməsini xahiş edirdilər. Çünki onun saxladığı itlər daim hürür, qonşuların rahat yaşamasına imkan vermirdi. Merin sözlərinə görə, özü və şəhər şurasının daha bir neçə əməkdaşı həmin qadınla danışıb, problemi həll etməyə çalışıb. Ancaq qadın onları dinləməyib.

İtlərin möhkəm hürməsinə qarşı qadağa barədə qərarı şəhər şurası da dəstəkləyib. Əgər it hürməsinə görə qonşulardan şikayət gəlsə, heyvanın sahibi cərimələnəcək.

Estyen deyir ki, onun itlərə qarşı heç bir qəsd-qərəzi yoxdur, hər dəfə itin bir ağız hürməsinə görə də heyvan sahiblərini cəzalandırmaq fikrində deyil. Amma vəziyyət dözülməz həddə çatanda başqa çarə qalmır.

Heyvan haqlarının müdafiəsilə məşğul olanlar bu qadağaya görə şəhər rəhbərliyini məhkəməyə verməyə hazırlaşır. Onlar hesab edir ki, eyni məntiqlə kilsə zənglərini də qadağan etmək olardı. Çünki onların səsi də sakinlərin rahatlığını pozur.

Fransanın bir sıra başqa şəhərlərində də itlərin davamlı hürməsinə qadağa var. Hələ 2012-ci ildə Sent-Fua-lya-Qrand şəhərciyində belə bir qadağa tətbiq edilmişdi. Ondan öncə - 2011-ci ildə ABŞ-ın Koliforniya ştatında – Los-Ancelesdə “itlərin hürməsinə qarşı” qanun qəbul edilib. Orada da yerli sakinin şikayəti əsasında məhkəmə şəhər rəhbərliyinin üzərinə müvafiq qadağaların qəbuluna dair öhdəlik qoymuşdu. Məhkəmənin qərarında yazılmışdı ki, itlər üç saat ərzində 30 dəqiqədən çox hürə bilməz. Hürüşmənin müddətini müəyyənləşdirmək üçün ayrıca nəzarət xidməti var. Los-Ancelesdə bu qadağanın birinci dəfə pozulmasına görə itin sahibi 250 dollar cərimə ödəməlidir. İkinci pozuntunun qiyməti 500, üçüncününkü isə 1000 dollardır. Orada bu qadağa təkcə yerli sakinlərə yox, qonaqlara da aiddir.

Son xəbərlər
Bütün xəbərlər »