Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgilisinə 4972 məktub yazıb bezdirdi, işi məhkəməlik oldu

Avstraliya sakini plastik cərraha vurulub. Vurulması problem deyil, sadəcə, sevdiyi adamı məktublarla bezdirib.

Bizimyol.info “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Qold-Kost şəhərində Şeril Luiz Bruks bir qadının onu bezdirməsi şikayəti ilə polisə müraciət edib. Bezdirən qadın onun pasiyenti olub. Bruks Lukas Stradviki əməliyyat edəndən sonra qadın ondan əl çəkməyib. Ardıcıl üç il onu təngə gətirib. Bu müddətdə Bruks qadından 4972 məktub alıb. Stradvik gündə ona ən azı 20 dəfə zəng vururmuş.

Telefon nömrəsini dəyişmək də köməyə gəlmirmiş. Stradvik onu qarabaqara izləyirmiş. Sonda iş polisə gedib çıxıb.

İstintaq zamanı məlum olub ki, qadın keçmiş əriylə boşanma prosesindən travma ilə çıxıb. Stradvik mümkün qədər tez həyatını sahmana salmaq istəyirmiş. Bruksu görüncə vurulur və xam xəyallara dalır. Kişinin ona heç bir hiss bəsləməməsi vecinə də olmur.

Məhkəmə Stradviki 1200 dollar cərimələyib. Bundan başqa, qadın cərraha daha yaxın gələ bilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »