Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heyvanların dörddə birini insanlar öldürür

İnsan canlılar aləminə təhlükədir. ABŞ-ın Perçeyz institutunun tədqiqatçıları belə düşünür. İndi dünyada hər dörd heyvandan birini məhz insan öldürür.

Bizimyol.info xəbər verir ki, Nyu York tədqiqatçıları 120 min heyvanın taleyini müşahidə etməklə bu qərara gəliblər. Onlardan təxminən 12 minini insanlar qətlə yetirib. Rəqəmin tən yarısı qanunsuz ov hallarının payına düşür. Qətllərdən 17 faizində ovçuların lisenziyası olub. Hər 10 hadisədən biri avtomobil qəzası zamanı baş verib.

İnsan dünyada mövcud olan 35 min onurğalı canlıdan biridir. Amma məhz planetin ən ağıllı məxluqu həm də ən çox öldürən canlıdır. Mütəxəssislər bu prosesin planetə yaxşı heç nə vəd etmədiyini bildirir.

Rəqəmlərin gerçəkdə daha böyük olduğunu düşünənlər də var. Məsələn, bəzi ekspertlər hesab edir ki, qanunsuz ovçuluq daha çox heyvanın canını alır. Çünki Perçeyz institutunun tədqiqatçıları yalnız ABŞ-da və Kanadada müşahidə aparıblar. Bu ölkələrdə isə brakonyerliklə bağlı qanunverici akt var. Dünyanın xeyli ölkəsində heyvanların sözün əsl mənasıznda qətliamı baş verir.

Bundan başqa, həmin ekspertlər kimyəvi maddələrin də canlılar aləminə böyük zərərindən danışır.

Son xəbərlər
Bütün xəbərlər »