Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xoşbəxt olan milyarder görmədim” - Qazaxıstan prezidenti

Qazaxıstan prezidenti Nursultan Nazarbayev heç vaxt xoşbəxt milyarderlərlə rastlaşmadığını deyib və gənclərə sadə işlərdən utanmamağı tövsiyə edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Qazaxıstanın 100 yeni siması” layihəsi çərçivəsində mərasimə qatılan Nazarbayev insanların imkanlarının sərhədsiz olduğunu deyib:

“Mən hər zaman gənclərə deyirəm: evləri təmizləmək ayıb deyil, düzdür? Ayıb odur ki, işsiz, bədbəxt olasan. Ayıb odur ki, qadınlar bədənlərini satır. Asanlıqla əldə olunmuş uğur xoşbəxtlik deyil. Zəngin valideynlərinizdən sizə miras qala bilər. Ancaq bununla gələcəyiniz olmayacaq. Təcrübəli biri kimi deyirəm: 10-20 milyardı olan xoşbəxt milyarder görmədim. Sizə intihar edən, həbsxanalara düşən milyarderlərin siyahısını təqdim edə bilərəm. Belə şeylər xaricdən xoşbəxtlik kimi görünə bilər. Ancaq əsl xoşbəxtlik əziyyətlə qazanılandır”.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »