Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tıxacların sıxlığına görə şəhərlərin siyahısı açıqlanıb: 210 saatlıq tıxac birinci yerdədir

INRIX analitik şirkəti hər il dünyanın ən çox tıxac olan şəhərlərinin siyahısını tərtib edir. 2018-in siyahısı artıq hazırdır. Birinci yerdə Moskva gedir.

Bizimyol.info INRIX-in rəsmi saytına istinadən xəbər verir ki, keçən il Moskvada sürücülər tıxacda 210 saat vaxt keçiriblər. Şəhərin mərkəzində avtomobillərin orta sürəti saatda 18 km olub.

İstanbul da dünyanın ən çox tıxac görən şəhərlərindən sayılır. Türkiyə şəhəri ikinci yerdədir. İlk onluqda bu şəhərlərdən başqa Boqota (Kolumbiya), Mexiko (Meksika), San Paulu (Braziliya), London (Böyük Britaniya), Rio de Janeyro (Braziliya), Boston (ABŞ), Sankt-Peterburq (Rusiya) və Roma (İtaliya) da yer alıb. Ankara 11-ci, İzmir 12-ci yerdə qərarlaşıb.

Ümumilikdə siyahıya 220 şəhərin adı salınıb. ABŞ şəhərləri çoxluq təşkil edir. Siyahıda Rusiya şəhəri də az deyil. Müşahidə aparılanlardan Norveçin Bergen, Kanadanın Saskatoon, Vaterloo, ABŞ-ın Tulsa, Viçita, İspaniyanın Kordoba şəhərlərində daha az tıxac olur.

Siyahıda kiçik ölkələrə yer ayrılmayıb. Buna görə də Bakının adını görə bilmirik.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »