Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən güzəştli mənzillərlə bağlı açıqlama - Video

“Güzəştli mənzil satışı 1 kvadtarmetri 950 manatdan həyata keçirilir. Həmin mənzillər Yeni Yasamal yaşayış massivində yerləşir. Bu gün həmin ərazidə yeni tikililərdə təmirli mənzillərin 1 kavdtarmetri 1300 manatdır. Yəni güzəştli mənzillər adına uyğun olaraq eyni kateqoriyadan olan mənzillərdən ucuzdur”.

Bu barədə bizimyol.info-ya əmlak məsələləri eksperti Nüsrət İbrahimov bildirib. Ekspert deyib ki, Azərbaycanda bazar münasibətlərinə əsasən iqtisadiyyat qururuqsa, o zaman bazar qaydalarına və mexanizmlərinin tələblərinə əməl edilməliyik: “O tələblər pozulduqda bazar indikatorları düzgün işləmir. Bazarda qiymətlər formalaşıb, dövlət hansısa qaydada tikdiyi mənzilləri bu qiymətdən iki dəfə aşağı verməsi bazar münasibətləri baxımından düzgün deyil.

Anlayıram ki, ölkədə aztəminatlı ailələr var, xüsusi təzminata ehtiyacı olan ailələr var. Onlara dövlətin diqqəti yüksək olmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti qurumları öz fondundan mənzilə ehtiyacı olan həmin ailələrə növbəlilik əsasında mənzillə təmin eləsin.

Amma tikinti şirkətlərinin satdığı mənzillər isə bazar qiymətinə satılmalıdır. Yəni bazar özü-özünü tənzimləməlidir.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »