Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qeyri-sabit hava şəraiti gözlənilir, hazırıqmı?

“Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.

Bizimyol.info xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Hava şəraitinin dəyişməsi, küləkli və nisbətən sərt keçməsi "Azərişıq" ASC-ni profilaktik-qabaqlayıcı tədbirlər görməyə vadar edib. Belə ki, onlar baş verə biləcək qəzanı dərhal aradan qaldırmaq üçün hazırlıqlar aparıblar.

Bu barədə Bizimyol.info-ya qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev verib. O, qeyd edib ki, Elektrik Şəbəkələrində xüsusi növbərçilik sistemi də təşkil edilib: "Fevralın 14-dən 16-dək davam edəcək qeyri-sabit hava şəraitində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Baş verə biləcək qəzaların operativ aradan qaldırılmasını həyata keçirmək üçün hazırlıq işləri görülüb. Bu məqsədlə Elektrik Şəbəkələrində Texniki və Nəzarət Departamentlərinin əməkdaşlarından ibarət növbətçilik təşkil edilib. Bundan əlavə, xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb, maşın-mexanizmlər hazırlığı görülüb,199 saylı çağrı mərkəzinin işi gücləndirilibdir".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbədi İbrahin Kərbəlayev isə bildirib ki, təmsil etdiyi qurum qəza halları istisna olunmaqla hava şəraiti ilə bağlı hansısa planlı işlər görməyib: ""Azəriqaz" İstehsalat Birliyi tərəfindən təbii qazın verilişinin təlabata uyğun şəkildə verilməsini həmişəki kiki təmin edəcək.

Təlabat artıqca təbii qazın hasilatı da adekvat olaraq artırılır. Qəza halları istisna olunmaqla hava şəraiti ilə bağlı hansısa planlı işlərin görülməsi nəzərdə tutulmayıbdır. Qaz qəza xidməti isə hava şəraitindən asılı olmayaraq baş verə biləcək qəzaların fəsadlarını aradan qaldırmağa hər zaman hazırdır. Payız-qış mövsümü başlayandan lazım Qaz Qəza Xidməti xüsusi mexanizmlər və avadanlıqlarla təchiz edilib ki, qəza hadisəsi baş verən zaman da onlar operativ olaraq qəzanın fəsadlarını və nəticələrini aradan qaldırmağa qadir olsunlar".

Bizimyol.info

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Koronavirusla adi qripin fərqi
Son xəbərlər
Bütün xəbərlər »