Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlərə “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirildi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc. “ beynəlxalq kart təşkilatının birgə təşkilatçılığı ilə ölkənin aparıçı media mənsublarına təlim keçirildi.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrəDövlət Proqramı”nın icrası çərçivəsində rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində tədbirlərin icrasını davatm etdirir.

Təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrinin rəqəmsal ödənişlər sahəsindəki maliyyə və bilik savadlılığının yüksəldilməsidir.

“Visa Inc.” beynəlxalq kart təşkilatının mərkəzi Vaşinqtonda yerləşən "Visa School of Public Policy" (VSPP) institutunun baş direktoru Məcid Hucair rəqəmsal ödənişlərlə bağlı baş verən yeniliklərin ictimaiyyətə çatdırılması baxımından jurnalistlərə əhəmiyyətini vurğuladı.

Məcid Hucair rəqəmsal ödənişlərin üstünlükləri, ölkə iqtisadiyyatında əhəmiyyəti, rəqəmsal dənişlər üzrə tətbiq olunan modellər haqqında ətraflı məlumat verdi.

Təlim zamanı Məcid Hucair “Rəqəmsal ödənişlər”. “ Visa Inc.” şirkətinin 60 illik şirkət olduğunu vurğuladı: “ Şirkətin 13 min işçisi var. “Visa Inc.” kredi kart buraxan şirkət deyil. Bir şəbəkədir. Biz informasiya xidmətləri göstəririk. “Rəqəmsal ödənişlər” vasitəsi ilə ödənişi asanlaşdırmaq məqsədi daşıyır. Bütün dünyada banklarla çalığırıq.Əsasən pulumuz xidmət gəlirindəndir. Biz məlumatları emal edirik.Visa sadəcə ortada olan vasitəçidir və 200 -dən çox ölkədə fəaliyyət göstərir. 16.300 sayda maliyyə qurumu ilə işləyir. Bütün dünyada banklar bir- birini tanımır. Ancaq “Visa Inc.” vasitəsilə tanıyırlar. Kartın Azərbaycanda olan bankla əlaqəsi yoxdur.”

“Rəqəmsal ödənişlər”- lə bağlı Məcid Hucair bildirdi ki, rəqəmsal ödənişdə ikitərəfli və ya çox təbəqədə yoxlama olur: ” Vətəndaş nəğd pul itirirsə , ömürlük itiir. Lakin rəqəmsal ödənişdə isə oğurluq zamanı kiçik məbləğdə pul itirəcəksiniz. Yəni, pulun bir hissəsi itsədə, qalan hissə qalır. DüzdüŞ burda da risklər var. Amma bu kiçik risklərdir. Hər bir şəxs hər bir yerdə bu xidmətdən mütləq istifadə etsinlər.

Təqribən 493 milyon insan hesab açıb. Bütün dünyada 1. 7 milyard insanın maliyyə sistemlərinə çıxışı yoxdur. Bəzi insanlar var ki, onlar onlayn ödənişi qəbul etmirlər. Bəzən insanlər nəğd ödənişə üstünlük verirlər. Azərbaycanda da daha çox insanlar ödənişi nəğd edirlər. Onlayn ödəniş Azərbaycanda daha səmərəlidir. Əsasən ödənişlər 83% nəğd şəkildə, 4- 5 % isə kartla aparılır. Norveç və İsveçdə 80- 85% rəqəmsal ödənişlə , 15- 20 % nəğd şəklidə edirlər. Çində isə sonillər əsasən möbildən ödəmələr edirlər”.

20-dən çox aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin, müstəqil jurnalistlərin iştirakı ilə keçirilən təlimdə müxtəlif iqtisadi subyektlər arasında nağdsız ödəniş mühitinin formalaşdırılması, rəqəmsal ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödəmələrin sosial, iqtisadi və strateji üstünlükləri, habelə “nağdsız şəhər” təcrübəsi, “innovativ ödəniş həlləri və texnologiyaları ətrafında müzakirələr də aparıldı.

Müzakirələr zamanı rəqəmsal ödənişlər mövzusu üzrə KİV nümayəndələrini maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Qeyd edək ki, Palata mütəmadi olaraq müxtəlif istiqamətlərdə, həmçinin KİV nümayəndələrinin maliyyə savadlılığının yüksəldilməsi məqsədilə maliyyə bazarlarınınaktual mövzuları üzrə təlim və tədbirlər həyata keçirir.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »