Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Milyonçu" şousunda böyük qalmaqal: Cavabları pulla almaq istəyiblər

“Kim milyonçu olmaq istər?” intellektual şousunda böyük qalmaqal yaranıb. “Kim? Nə? Harada?” layihəsindən tanınan Aleksandr Druz sualların cavablarını əvvəldən bilmək istəyib.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, layihənin baş redaktoru İlya Ber bununla bağlı konkret faktlar ortaya qoyub. Hadisə belə olub: Aleksandr Druz Viktor Sidnevlə yarışa qoşulub və birlikdə 15-ci suala qədər irəliləyiblər. Amma 3 milyon rublluq (təxminən 45,6 min dollar) suala cavab verə bilməyib, yanmayan məbləğlə (200 min rubl) kifayətlənməli olublar. Verilişdən sonra isə Ber Druzun cavabları əvvəlcədən razılaşdırmaq istəyini açıqlayıb. Baş redaktorda Druzun səs yazısı var. O, “Jivoy jurnal” nəşrində telefon danışıqlarının mətnini də dərc etdirib. Guya Druz intellectual şouda qazanacağı məbləğin bir hissəsini ona çatdırmağa söz verib.

Aleksandr Druz “Kim milyonçu olmaq istər?” intellektual şousunda / Foto: 1-ci kanal, Rusiya

Druz belə bir səs yazısının olduğunu inkar etmir. Amma “Kim? Nə? Harada?” layihəsinin magistri təklifin Berdən gəldiyini deyir: “Bilərəkdən bu “oyun”u davam etdirdim ki, görüm axırı nə ilə bitəcək”.

Druz hadisəni Sidnevə danışdığını və sonu gözləməyi qərara aldıqlarını söyləyir. Ber ona zəng vurub cavabların bir hissəsini döyləyib. Druz belə iddia edir. Məhz bunun sayəsində 15-ci suala gedib çıxa biliblər.

İndi Ber Druzun cəzalanmasını istəyir. Qəribədir ki, bunu hüquq-mühafizə orqanlarının etməsini arzulamır. Sadəcə, istəyir ki, Druzu “Kim? Nə? Harada?” layihəsindən uzaqlaşdırsınlar.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »