Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran səfirliyindən "Bizim Yol"-un sorğusuna 7 gündür eyni cavab verilir

Səfirlik bir həftədir Abbas Lisani ilə bağlı Tehranla dəqiqləşdirmə apara bilmir

“Abbas Lisaninin həbs olunması ilə bağlı xəbəri biz də sizin kimi mətbuatdan oxumuşuq. Xəbərin nə dərədəcədə doğru olub-olmaması ilə bağlı Tehrandan bizə rəsmi məlumat çatmayıb”.

İran Səfirliyinin mətbuat xidmətindən Bizimyol.info saytının Abbas Lisaninin həbsi ilə bağlı sorğusuna cavab olaraq 7 gündür eyni cavab verilir. Özünü Musəvi kimi təqdim edən mətbuat xidmətinin əməkdaşına bu barədə rəsmi Tehranla dəqiqləşdirmə aparmağı dəfələrlə xahiş etdik.

“Hələlik cavab verilməyib”, “Bu günlər Tehranda iş günü deyil” (cümə axşamı və cümə günləri), “İranın Milli Bayramına hazırlaşırıq, ona görə hamının başı qarışıqdır” və s.cavablarla bir həftə ərzində səfirlik sualı cavablandırmaqdan yayınıb.

Bu gün də standart cavabı əzbər söyləyən səfirlik əməkdaşından Tehranla dəqiqləşmə aparmağın niyə bu qədər çətin olduğunu soruşduq. “Bizdə rəsmi informasiya çatmasının xüsusi sistemi var” – deyən əməkdaş növbəti dəfə cavab verməkdən yayındı.

İranda yaşayan azərbaycanlı fəal Abbas Lisanidən bir aya yaxındır xəbər yoxdur.

Abbas Lisani 2018-ci il iyulun 2-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılıb. Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum musiqiçi Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbilin Ettelaat İdarəsinə təhvil verildiyi bildirilir.

Həbsxanada saxlanıldığı deyilən Ababs Lisani kimsə ilə görüşdürülmür, ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir.

Onun azadlığa buraxılması tələbi ilə “Mən də Abbas Lisaniyəm” adlı kampaniya keçirilir. İnternetdə keçirilən kampaniyaya yüzlərlə azərbaycanlı fəal qoşulub.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »