Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sərhədini pozan azərbaycanlı həbs edildi

Rusiya Federasiyanın Udmurtiya Respublikasında yaşayan Azərbaycan vətəndaşı miqrasiya qanununu pozduğuna görə həbs edilib.

Bununla bağlı Udmtv.ru portalı məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı İsgəndərov İsgəndər Qənbər oğlu ötən ilin martında İjevskdə saxlanılıb. O, Rusiya ərazisinə qanunsuz daxil olmaqda ittiham edilib.

Məlumatlara görə, bundan əvvəl o, miqrasiya qanunlarını pozduğu üçün saxlanılıb və Rusiya ərazisinə girişi 2025-ci ilədək qadağan edilib. Buna baxmayaraq, İ.İsgəndərov sənədlərini dəyişərək, yenidən Rusiyaya daxil olub.

O, məhkəmə tərəfindən altı ay müddətinə azadlıqdan məhrum edilib. Həbsxanadan çıxdıqdan sonra İ. İsgəndərov Rusiyadan deportasiya ediləcək. (Oxu.az)

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda zəlzələ olub
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »