Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror ailə üzvlərini evdə yandıran şəxsə cəza istədi

Psixi xəstəliyi olduğu deyilən Vitalinin 19 il həbsi tələb edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsi ilə yaşadığı evi yandırmaqla qardaşının ölümünə, anasının isə xəsarət almasına səbəb olmaqda təqsirləndilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, V.Kolosovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə ötən il iyunun 22-də Xəzər rayonunda baş verib. Rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə baş verən yanğında 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. İyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

Məlum olub ki, Soloveykin ailənin böyük oğlu, Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək od vurub.

V.Kolosovun psixi xəstəliyi olduğu bildirilir.

Məhkəmədə sərbəst ifadə verən Kolosov hadisəyə səbəb bacısının olduğunu deyib. O bildirib ki, evdə telefonla oynadığı üçün bacısı ilə mübahisə edib. Daha sonra bacısı onu Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib. Kolosov deyib ki, buna görə də oradan qaçıb və evə qayıdıb. Bacısı onunla barışmadığı üçün yanacaqdoldurma məntəqəsindən benzin alıb və evi yandırıb. “Evdə anamla qardaşımın olduğundan xəbərsiz idim. Elə bildim ki, bacım evdə təkdir. Anamla qardaşımın evdə olduğunu bilmirdim"- deyə təqsirləndirilən şəxs bildirib.

Ailə üzvləri məhkəmədə bildiriblər ki, Vitali əvvəllər də ailə üzvlərinə qarşı aqressiv olub, onlara fiziki zor hərəkətləri edib, hətta yandırmaq istəyib.

Onu məcburi qaydada psixi xəstəxanaya yerləşdirsələr də, oradan da qaçıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »