Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Əmanətlərin Sığortalanması Fondu məhkəməyə qarşı: “Fond bankın ləğvinə hər rüb 1 milyon manatdan çox vəsait xərcləyir”

"Bank Standard"ın müflis olmasından 2 ildən çox ötsə də, indiyədək onun daşınmaz əmlakları satılmaq üçün hərraca çıxarılmayıb.

Bu barədə Bizimyol.info-ya Bank Standard"ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov bildirib.

O deyib ki, ötən ilin sonunda ləğv prosesində olan "Bank Standard"ın Kreditorlar Komitəsinin qərarı ilə əmanətçilər ləğvedici olan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) dövlət başçısına 7 əsas üzrə kollektiv şikayət ediblər: “Şikayət məktubları özbaşınalıq, savadsızlıq, əmlakın satışının ləngidilməsi, kreditlərin qaytarılmaması niyyəti, bədxərclik, Mərkəzi Banka olan borcun növbədənkənar qaytarılması, ləğv prosesinin süni uzadılması ilə bağlı olub.

Məsələn, “Banklar haqqında” Qanunun tələbində zidd olaraq ƏSF hər rüb üçün təzələnmiş Ləğv Planını Məhkəmənin təsdiqinə vaxtında (həmin rübün başlanmasından əvvəl) təqdim etmir. ƏSF Məhkəmədən Planın qeyd-şərtsiz təsdiqini tələb edir və Məhkəmənin iradları əsasında Planın təkmilləşdirilməsindən imtina edir. ƏSF-in təqdim etdiyi Ləğv Planı layihəsində xeyli hüquqi və iqtisadi səhvlər mövcuddur. Bankın müflis olmasından 2 ildən çox ötsə də, indiyədək onun daşınmaz əmlakları satılmaq üçün hərraca çıxarılmayıb”.

Ə.Həsənov deyib ki, bankın kredit portfelinin 90 faizi təxmini 200 borc alana aiddir: “Buna görə də ƏSF ilk növbədə məhz həmin şəxslərdən kreditlərin qaytarılmasına nail olmalıdır. ƏSF-in dediyinə görə hazırda 1500-dən çox borc alana qarşı məhkəmə işləri aparır. Vahid Məhkəmə Portalında bu rəqəmin heç 20 faizi də mövcud deyil. Onu da deyim ki, həmin işlər kredit portfelinin heç 40 faizini təşkil etmir. ƏSF bunu belə izah edir ki, guya əsas borc alanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Halbuki, bu, məhkəmədə iddia qaldırmağa mane olmamalıdır. Lakin nə apardığı məhkəmə işlərinin, nə də barəsində guya hüquq-mühafizə orqanlarına müraciət etdiyi borc alanlar barədə məhkəməyə konkret məlumat vermir. Halbuki, ƏSF rəhbəri bunu dəfələrlə vəd etib. Bütün bunlar ƏSF-in dürüstlüyünə dair ciddi şübhələr yaradır: istisna deyil ki, ƏSF iri borc alanlarla qanunsuz və korrupsion danışıqlar aparır”.

Ə.Həsənov bildirib ki, ƏSF bankın ləğvinə hər rüb 1 mln. manatdan çox vəsait xərcləyir və həmin xərclərini tam əsaslandıra və təsdiqləyə bilmir: “Məsələn, on minlərlə vəsait guya təkcə məsləhət xidmətlərinə xərclənir. Xeyli izafi xərclərə yol verildiyinin başqa misalları da var. Başqa sözlə, ƏSF kreditorlara çatacaq vəsait hesabına bədxərcliyə yol verir.

Bankın verdiyi kreditlərin təminatı olan girovlar eyni zamanda həm də Bankın Mərkəzi Bankdan götürdüyü kreditlərin təminatıdır. Mərkəzi Bankın faktiki olaraq qanunsuz məqsədli kreditlər verməsinin özü də istintaq predmetidir. Buna görə də ƏSF Bankın borc alanları tərəfindən həmin kreditlər üzrə ödənilən vəsaiti növbədənkənar qaydada Mərkəzi Banka ötürmək istəyir. Ləğv Planının layihəsində belə yazıblar. Halbuki, qanuna əsasən kreditlər üzrə daxilolmalar yalnız növbəlilik əsasında bölüşdürülə bilər. Mərkəzi Bankın növbəsi isə sonuncudur.

ƏSF Ləğv Planı layihəsində qeyd edir ki, ləğv prosesi əvvəllər bəyan edildiyi kimi 2019-cu deyil, 2021-ci ilin sonunda bitiriləcək. Bu fakt əmlakın satışının və kreditlərin qaytarılmasının ləngidilməsinə dair şübhələri daha da gücləndirir. Həmçinin əlavə şübhə də yaranır ki, ƏSF rəhbərliyi sadəcə müflis bankların ləğvini iş yeri (qohum-tanışlar üçün) və xərclər hesabına varlanma aləti qismində istifadə edir. Başqa sözlə, ƏSF ləğv prosesini əsassız olaraq uzadır”.

Hüquqşünas deyib ki, Prezident Administrasiyası onların məktubumunu Maliyyə Bazarlarına Nəzarət Palatasına yollayıb, Palata da şikayət etdikləri Əmanətlərin Sığortalanması Fonduna: “Nəticədə Fond Palataya, Palata da bizə cavab göndərib. Palata da, Fond da heç bir irada konkret münasibət bildirməyib. Sadəcə ümumi sözlər yazıblar, vəssalam!

Belə ki, Palata qısaca qeyd edir ki, ləğvedici olan Fond Palata ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və ləğv planları məhkəmə tərəfindən təsdiq olunur, habelə prosesə Palata nəzarət edir, tövsiyələr və tapşırıqlar verir. Yəni sanki qanunda olan məqamları bizə xatırladır. Halbuki, biz konkret iradlar bildirmişik. Onların heç biri araşdırılmayıb, münasibət bildirilməyib!

Fondun cavabı həcmcə daha böyük olsa da, Palatanın cavabından geri qalmır. Məktubun ¾ hissəsi qanundan sitatlardır. Sonra da bəzi statistik məlumatları göstərir.

Yəni 7 iradın heç birinə konkret münasibət yoxdur. Bu nə deməkdir? O deməkdir ki, iradlara cavab verə bilmir. Çünki suçludur!”

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »