Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Polşadakı ordusunun sayını artırır" - Mosbaher

ABŞ Varşavanın xahişi ilə Polşadakı hərbçilərinin sayını əhəmiyyətli miqdarda artırmağı planlaşdırır.

Bunu “Faynənşıl Tayms” qəzetinə müsahibəsində ABŞ-ın Polşadakı səfiri Corcet Mosbaher deyib.

“ABŞ Müdafiə Nazirliyi ordunu hər şeydən öncə daha mobil, rotasiya imkanlı etməyi planlaşdırır. Mövcudluq nöqteyi-nəzərincə Polşadakı ABŞ hərbçilərinin sayı daha çox olacaq. Polyaklar istədiklərinin böyük hissəsini əldə edəcəklər.

Biz digər dövlətlərdən hərbi xərclərin ÜDM-nin 2% həcminə qədər artırılmasını xahiş etdik. Digər dövlətlər şikayət etdi, amma polyaklar buna qarşı çıxmadı. Biz buna hörmət edirik. Düşünürəm ki, onlar mükafatlandırılacaq” – deyə o bildirib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »