Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakinlərin tikinti şirkətlərindən şikayətlərinin əsas səbəbləri açıqlandı

“2018-ci ildə vətəndaşlar 100-dən çox tikinti şirkəti barədə Prezident Administrasiyasına şikayətlər edilib. Bu şikayətlərin əksəriyyəti köçürülmələrlə bağlıdır”.

Bu barədə Bizimyol.info-ya əmlak məsələləri eksperti Nüsrət İbrahimov bildirib.

O, deyib ki, tikinti obyektlərinin nəzərdə tutulduğu ərazidən sakinlər köçürülməsi ilə bağlı əldə edilən razılıq pozulur: “Belə ki, tikinti şirkəti ilə əmlak sahibi arasında ya razılaşma əldə olunmur, ya da ilk mərhələdə əldə edilən razılaşma sonradan pozulur. Yəni kompensasiyanın ödənilməsi ilə bağlı problemlər var”.

Ekspert deyib ki, tikinti şirkətlərindən şikayətlərin bir səbəbi də müqavilə şərtlərinə riayət edilməməsi ilə bağlıdır: “Tikinti şirkəti müqavilədə göstərilən müddətdə tikinti işlərini başa çatdırmır. Yəni tikinti müddətinin uzadılması şikayətlərə səbəb olur.

Tikinti şirkətləri müqavilədəki öhdəlikləri bir çox hallarda pozurlar. Məsələn, müqavilədə göstərilən şərtlərə, tikinti planına tikinti prosesində icra edilmir.

Tikintilərin vaxtında qəbul komissiyasına təhvil verilməməsi də tikinti şirkətlərindən şikayət etməyə səbəb olur. Çünki bu məsələdə də sakinlərin mülkiyyət hüququ pozulur”.

Ekspert bildirib ki, tikinti şirkətlərindən şikayətlərin bir səbəbi də kommunal xidmətlərlə bağlıdır: “Belə ki, vətəndaşla tikinti şirkəti və ya binanın idarə edən tərəf arasında kommunal xidmətlərin razılaşdırılmış məbləği olmur. Bu da sakinlərin şikayətinə səbəb olur”.

Qeyd edək ki, 2018-ci ildə vətəndaşlar 100-dən çox tikinti şirkəti barədə Prezident Administrasiyasına şikayətlər edilib.

Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, “TFM Smart Project”, “Fədək”, “Sizin mənzil”, “NV Construction”, “Dönüş-1”, “MVVL Verus Praedium”, “Azadlıq Residence”, “Pilot-1", “FVS İnşaat”, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, "İnşaat Konstruksiyaları", “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, “SKY Residence”, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, "Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub.

Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park”, “AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »