Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp İran iqtisadiyyatını çökdürməklə cibini doldurdu

ABŞ-ın Avropaya xam neft ixracatına dair İrana tətbiq etdiyi sanksiyalar bəhrəsini verməyə başlayıb.

ABŞ yanvar ayında 630 min barel xam neft ixrac etməklə Rusiya və İraqdan sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) arasında ən böyük 3-cü ixracatçı ölkə olub.

“Refinitiv Eikon”un neft ticarəti ilə bağlı hesabatına görə, ABŞ 2018-ci ildə neft ixracını iki dəfə çoxaldıb və gündəlik 430 min barrel səviyyəsinə çatdırıb. Sözügedən rəqəm Vaşinqtonun Tehrana nüvə silahlarının istehsalını davam etdirməsini bəhanə gətirərək tətbiq etdiyi sanksiyaları ağıllara gətirir.

ABŞ hökuməti gündəlik xam neft istehsalının 2019-cu ildə 12 milyon barelə yüksələcəyini bildirir. Bu rəqəmin gələcək illərdə 15, bütün neft məhsulları daxil olduqda isə 20 milyona yüksəlməsi gözlənilir.

Ənənəvi olaraq, dünyanın ən böyük xam neft idxalatçısı olan ABŞ-da xam neft ixracını qadağan edən qanun Barak Obamanın dövründə qüvvədən salınmışdı. (Publika.az)

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »