Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva-Bakı aviareysi ilə gələn vətəndaşda 13 dənə xəz aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın əməkdaşları külli miqdarda malları Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Bizimyol.info-ya daxil olan məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun T1 terminalının baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub. Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyib. Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədi ilə “Qırmızı kanal”a yönləndirilib. Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
Son xəbərlər
Bütün xəbərlər »