Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti sektorunda durğunluğun əsas səbəbləri açıqlandı

Təməli yeni qoyulan mənzillərin sayında azalma müşahidə olunur.

Bu barədə Bizimyol.info-ya əmlak məsələləri eksperti Nüsrət İbrahimov bildirib.

O, deyib ki, 2018-ci ilin yanvar ayında təməli qoyulan yaşayış binalarının sayı 12 ədəd idi. Bu ilin yanvar ayında yalnız 3 yaşayış binasının təməli qoyulub.

“Tikinti sektorunda əvvəlki kimi aktivlik yoxdur. Bunun birinci səbəbi yeni təməli qoyulan binalarda satış səviyyəsinin aşağı düşməsidir. İkinci səbəb isə yeni şərtlərlə bağlıdır. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən ildən tikinti şirkətlərindən tikinti işləri başlamamışdan öncə sənədləşmə və tikintiyə hazırlıq işlərini qüvvədə olan müvafiq norma və standartlara uyğun tələb edirlər. Ona görə də bir çox tikinti şirkətləri buna hazır olmadığından bax bu ləngimələr baş verir”.

Ramid İbrahimov

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »