Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada uşaqlar kütləvi şəkildə acından qırılır

Şimali Koreyadakı sosial problemlər heç kimə sirr deyil. Dünyanın ən qapalı ölkəsində insanların böyük əksəri yoxsulluq səviyyəsində yaşayır. Ölkə əhalisinin azı 40 faizi gündəlik qida problemini həll edə bilmir.

Bizimyol.info xəbər verir ki, BMT-nin hesabatında şimali koreyalıların dörddə birinin acından ölmək təhlükəsi ilə üz-üzə olduğu yazılıb. Ölkədə 19 milyon adam gündəlik qida məsələsində dövlətdən birbaşa asılıdır.

Uşaqlarla bağlı vəziyyət də faciəvidir. 6 ay-2 yaş arası uşaqların 30 faizi lazımi kalori qəbul etmir. Ümumilikdə uşaqların dörddə biri doyunca yemir. Aclıq nəticəsində ən çox ölüm halları da uşaqların arasında qeydə alınır.

Son 6 ildəki quraqlıq, təbii fəlakətlər şimali koreyalıları lap əldən salıb. BMT donor ölkələri aclıqdan ölmək təhlükəsi ilə üzləşən 513 min koreyalının xilası üçün 10 milyon dollar ayırmağa çağırır.

BMT 2017-ci ildə də buna bənzər bəyanat yaymışdı. Onda quraqlıq Şimali Koreyada ciddi böhran yaratmışdı. Beynəlxalq kömək gəlməsəydi, ölkə əhalisinin nəzərəçarpan hissəsi tələf olacaqdı.

SSRİ dağılandan sonra Şimali Koreya daha çox sıxıntı keçirməyə başladı. Çünki Sovet İttifaqının dotasiyası koreyalıların əlindən çox tuturdu. Son 30 ildə Şimali Koreyada milyondan çox adamın acından öldüyü bildirilir. Bu illər ərzində əhaliyə qida talon sistemi ilə verilir.

Xatırladaq ki, bir neçə il əvvəl Şimali Koreyadan Avtraliyaya qaçnağa nail olmuş 44 yaşlı Sung Min Jeong adlı kişi "news.com.au" saytına demişdi ki, onun ölkəsində artıq insan ətinin yeyilməsi kütləvi hal alıb.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »