Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makedoniyanın adı rəsmən dəyişdi

Makedoniya Respublikası rəsmi olaraq Şimali Makedoniya Respublikası adlandırılıb.

Makedoniya Respublikasının Şimali Makedoniya adlanması barədə Prespan sazişi fevralın 12-dən etibarən rəsmi olaraq qüvvəyə minib. Dövlət qurumları arasında ilk olaraq Makedoniya hökumətinin saytı ölkənin rəsmi adını Şimali Makedoniya Respublikası ilə əvəzləyib. (Modern.az)

Skopye, Makedoniya / Foto: Pixabay.com

Ölkənin adı ilə bağlı Makedoniya və Yunanıstan arasında münaqişə yaranmışdı. Yunanıstan hələ də Makedoniyanın adını rəsmən tanımaqdan imtina edirdi. Çünki Yunanıstanda eyni adda əyalət var və yunanlar Makedoniyanın həmin əyalətə iddia irəli sürə biləcəyindən ehtiyatlanırdı. Rəsmi Afina qonşu ölkənin adının tam dəyişdirilməsini istəyirdi.

Amma Makedoniya hökuməti öz tarixlərindən imtina edə bilməyəcəklərini bildirmişdi. Ona görə də ölkə Şimali Makedoniya Respublikası adlandırıldı.

Son xəbərlər
Bütün xəbərlər »