Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnkassator bankın 3,4 milyon avrosunu qaçırdı

Banklar pullarını daşıyacaq adamları – inkassatorları ehtiyatla seçməyə çalışır. Amma onlar heç də həmişə bankın etimadını doğrultmur. Fransada baş verən bir hadisə də buna sübutdur.

Bizimyol.info Fransa mətbuatına istinadən xəbər verir ki, ölkənin şimalındakı Obervilye kəndində inkasator bankın 3,4 milyon avrosunu qaçırıb. İki həmkarı “Western Union” şöbələrindən birinə pulları daşıyan vaxtda o, əlinə keçən məbləğlə aradan çıxıb.

Həmin adamı həbs etmək mümkün olub. Fransa polisi onu Amyen şəhərində ələ keçirib. Pulun hamısı hələ tapılmayıb.

2009-cu ildə Rusiyada inkassator bankın 250 milyon rublunu (təxminən 3,81 milyon dollar) aparmışdı. Onda bütün ölkə prosesi izləyirdi. Çünki Aleksandr Şurmanı ələ keçirmək asan deyildi. Amma inkassator çox gizlənə bilmədi və 7 il həbs cəzası aldı. Şurman 250 milyon rublu xərcləməyə imkan tapmamışdı.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »