Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ya Qarabağ, Ya Ölüm” şeirinin müəllifi vəfat etdi

Türk dünyasının tanınmış sənətçilərindən olan Ozan Arif təxəllüsü ilə tanınan Arif Şirin 70 yaşında vəfat edib.

Sənətçi müalicə olunduğu Samsun Ondokuz Mayıs Universitetinin tibb fakültəsinin xəstəxanasında dünyasını dəyişib.

Türkiyə aşıq şeirinin nümayəndələrindən biri olan Ozan Arif Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” şeirinə görə tanınıb. O, bu şeiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və Dağlıq Qarabağ, eləcə də, ətraf rayonlarının işğalına həsr edib. Şeir 1992-ci ildə yazılıb.

Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bu misraları yazıb:

Madımak toplayıp yesem o anda,

Yola revan olsam aynı zamanda,

Bir gece misafir Azerbaycan'da,

Kalmadan ölürsem, ona yanarım. (Oxu.az)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »